IOSTREAM Community
2025-ci ildə təsis edilmiş bir icmadır.
“IOSTREAM Community”nin missiyası Azərbaycanın istedadlı gənclərini bir araya gətirib, onlara olimpiada səviyyəli proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik, data elmi və startap yönümlü təlimlər təqdim etməklə, tələbələri erkən yaşda Azərbaycan dilində olan materiallarla təmin etmək və informasiyaya əlçatanlığını artırmaqdır. Layihə yaradıcısı Elnur Mirzəli Bakı şəhər Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alır; informatika olimpiadaları və kompüter elmləri sahəsində çoxsaylı respublika və beynəlxalq nailiyyətlərə malikdir. Digər təşkilatçı Ayxan Kazımlı isə UWC Changshu China kolleci məzunudur və hal-hazırda Amerika Birləşmiş Ştatlarında yerləşən "University of Oklahoma" universitetində kompüter elmləri üzrə təhsil alır və bu sahədə respublika və beynəlxalq dərəcəli uğurlara sahibdir.
Layihə Təhsilə Dəstək Mərkəzi tərəfindən dəstəklənir.